Polşada rusiyalı xokkeyçi Maksim Sergeev casusluq ittihamı ilə 2 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Editor.az bildirir ki, bu barədə “L’Equipe” xəbər verir. Polşa Maksim Sergeyevi 2025-ci il mayın 26-da Rusiyaya deportasiya edəcək. Bu vaxta qədər xokkeyçi Lyublin şəhərindəki həbsxanada qalacaq.
Xatırladaq ki, Maksim Sergeev 2023-cü ilin iyununda saxlanılıb. Polşa tərəfinin məlumatına görə, idmançı digər işlərlə yanaşı, ölkənin bir sıra əyalətlərində mühüm infrastruktur obyektlərinin kəşfiyyatı ilə bağlı fəaliyyətlər həyata keçirib.
//Samir Qurbanov, Editor.az