RU

Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsi ona tapşırıldı

Birinci dərəcəli kapitan Şahin Məmmədov Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini müvəqqəti icra edir.

Məlumatı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb.

Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. Məhz Sübhan Bəkirovun dövründə 1-ci dərəcəli kapitan Şahin Məmmədov öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb. 

12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov bu il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.

Избранный
31
10
azpolitika.info

10Источники