RU

Masallıda oğurluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Masallıda mal-qara oğurluğunda təqsirləndirilən Vaqif Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elşən Hüseynovun  icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Vaqif Məliko rayon ərazisində otlaq sahəsindən 22 baş xırdabuynuzlu heyvan oğurlamaqda təqsirləndirilir. Araşdırmalar zamanı onun daha 3 nəfərin iri və xırdabuynuzlu heyvanlarını oğurladığı da müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Избранный
50
e-huquq.az

1Источники