RU

"Brent" markalı neftin qiyməti 74 dollara qədər bahalaşıb

Bakı. TurkicWorld:

Ötən həftə ABŞ-da yanacaq ehtiyatlarında dəyişikliklərlə bağlı məlumatların dərcindən sonra dekabrın 18-də neft qiymətləri artımını sürətləndirib.

TurkicWorld-un məlumatına görə, saat 19:57-də Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 0,81 dollar (1,11%) artaraq bir barrel üçün 74 dollar olub. Bu vaxta qədər "WTI" markalı neftin yanvar fyuçersləri "NYMEX" birjasında 1,06 dollar (1,51%) bahalaşaraq 71,14 dollar/barelə çatıb.

ABŞ Energetika Nazirliyi bildirib ki, ABŞ-d. kommersiya neft ehtiyatları keçən həftə 934 min barrel azalıb.

Избранный
18
3
turkic.world

4Источники