RU

Millimizdə oynamış yarımmüdafiəçidə dopinq aşkarlandı: 4 illik futboldan uzaqlaşdırıldı

Türkiyənin "Beşiktaş" klubunda şok hadisə yaşanıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin iki sabiq futbolçusunda dopinq aşkarlaşıb. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

Həmin futbolçular Emirhan Delibaş və Berkay Vardardır. Hər iki oyunçunun dopinq testinin nəticəsi pozitiv çıxıb. Onların 4 il müddətinə futboldan uzaqlaşdırıldığı bildirilir.

Emirhan Delibaş və Berkay Vardar "Beşiktaş"ın yetirməsidir. Avqustun 27-də iki oyunçu ilə də yollar ayrılıb.

Qeyd edək ki, Berkay Vardar Azərbaycanın U-17 və U-19 milli komandalarında çıxış edib. 21 yaşlı yarımmüdafiəçi yığmalarımızın heyətində ümumilikdə 6 rəsmi matçda iştirak edib və 2 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
38
1
sportal.az

4Источники