RU

Suriyalılar pulla dolu çantalarla banklara basqın edirlər

Suriyalılar pulla dolu çantalarla banklara basqın edirlər.
 
Bu barədə "Bild" nəşri məlumat verib.
 
Dəməşqdən çəkilmiş fotoşəkillərdə insanların dəyərsiz əsginasları hətta böyük zibil torbalarına yığaraq daşıdıqları əks olunub.
 
Suriyada inflyasiyanı uzun illərdir ki, idarə etmək mümkün olmur. İndiki qiymət səviyyəsi ağlasığmaz həddə çatıb: ölkədə ortaaylıq gəlir maksimum 20 litr benzinə və ya 10 çörəyə kifayət edir.
 
Suriyanın yeni rəhbərliyi qarşısında çətin vəzifə dayanır: iqtisadiyyatı stabilləşdirmək, beynəlxalq yardımı səfərbər etmək və Suriya lirəsinə inamı bərpa etmək. Bunun həllinə nə dərəcədə və nə vaxt nail olunacağını isə proqnozlaşdırmaq çətindir. Və vəziyyətin tez bir zamanda düzələcəyinə ümid az olduğu üçün insanlar xarici valyuta, əsasən də ABŞ dolları və ya avro almaqla özlərini inflyasiyadan qorumağa çalışırlar.
 
Bəşər Əsəd də, görünür, lirəyə az güvənirdi və sərəncamında xarici valyuta saxlayırdı. "Financial Times"ın xəbərinə görə, Əsəd devrilməzdən bir neçə il əvvəl gizli şəkildə ABŞ dollarlarını saxlamağa başlayıb. Nəşrin yazdığına görə, söhbət iki tona yaxın nağd puldan gedir.
Избранный
33
4
moderator.az

5Источники