Almaniyanın Kiel şəhərində bir çinlinin dəniz bazasında icazəsiz fotoşəkil çəkdirdiyi üçün casusluqda şübhəli bilinərək həbs edildiyi açıqlanıb.WDR-in xəbərinə görə, Çin vətəndaşının dekabrın 9-da Kiel-Vik dəniz bazasında hərbi mülkiyyətdə icazəsiz fotoşəkil çəkdiyi müəyyən edilib.Mühafizəçilər tərəfindən polisə təhvil verilən bu şəxsin mobil telefonu və digər əşyalarına Şlezviq-Holşteyn üzrə Dövlət Kriminal Polis İdarəsi tərəfindən baxış keçirildiyi bildirilib.Həmin şəxs casusluqda şübhəli bilinərək həbs edilib.Qeyd edilib ki, müstəntiqlər şübhəlinin xarici məxfi xidmətdə çalışıb-işləmədiyini və fotoları casusluq məqsədilə çəkib-çəkmədiyini araşdırır.Qeyd edək ki, alman hərbi kəşfiyyat xidmətlərinin hesabatlarında son vaxtlar Almaniya Silahlı Qüvvələrinə (Bundesver) qarşı casusluq fəaliyyətlərinin artdığı bildirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта