RU

Dilan Polat yenidən həbs oluna bilər - Bu dəfə bacısı ilə

Bir müddət öncə azadlığa buraxılan məşhur türkiyəli fenomen Dilan Polat və bacısı Sıla Doğu həbs edilə bilər.

“Ölkə.az” xəbər verir ki, buna səbəb bacıların 2 ay öncə Beşiktaşda restoranların birində əylənərkən bir-birini dodaqlarından öpməsidir.

Həmin hərəkətlərinə görə bacılar barəsində İstanbul Cümhuriyyət Baş Prokurorluğunda “əxlaqsız hərəkət” ittihamı ilə başladılan istintaq tamamlanıb və ittiham aktı hazırlanıb.

İddianamədə bacılar barəsində 6 aydan 1 ilə qədər həbs cəzası istənilib.

Bildirilib ki, onlar yaxın günlərdə hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu və qardaşı Can Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılmışdı. Dilan Polat avqustun 19-u, bir neçə gün sonra isə əri sərbəst buraxılmışdı.(qafqazinfo)

Избранный
21
4
olke.az

5Источники