RU

27 il əvvəl məhkum olunan şəxs edam edilib

ABŞ-nin İndiana ştatında 15 ildən sonra ilk dəfə məhbus edam edilib.
 

Sfera.az xəbər verir ki, qardaşı da daxil olmaqla 4 nəfəri öldürməkdə təqsirli bilinən 49 yaşlı Cozef Korkoran 1997-ci ildə törətdiyi cinayətlərə görə dövlət həbsxanasında öldürücü iynə ilə öldürülüb. Ruhi xəstə olduğu bildirilən Korkoranın son sözlərinin "Gəlin bunu edək" olduğu açıqlanıb.
 

Bu, 2024-cü ildə ABŞ-də həyata keçirilən 24-cü edam olub. 2009-cu ildə lazımi tibbi dərmanlar alına bilmədiyi üçün əyalətdə edamlar dayandırılıb və dərmanlar ötən ilin yayında yenidən əldə olunduğu zaman edamların davam etdiriləcəyi açıqlanıb.
 

"O, şizofreniya xəstəsi idi"
 

Onun vəkilləri uzun müddət paranoid şizofreniyadan əziyyət çəkən Korkoranın edam edilməsinə etiraz edirdilər. Müvəkkilinin halüsinasiyalar və deliriyumdan əziyyət çəkdiyini deyən vəkillərin sözlərinə görə, Korkoranın 1997-ci ildə qətlləri törətdiyi zaman bu pozğunluqları yaşadığını göstərən tibbi sənədlər var.
 

Məhkəmə qeydlərinə görə, bacısı evləndiyi üçün onunla birlikdə yaşadığı evdən köçmək məcburiyyətində qalan Cozef Korkoran 1997-ci ilin iyulunda qətlləri törətdiyi zaman gərgin vaxtlar keçirib.
 

Həmin vaxt qardaşı Ceymslə mübahisə zamanı tüfənglə onu və yanında olan daha 3 nəfəri güllələyib.
 

Korkoran 1992-ci ildə evlərində ölü tapılan valideynləri ilə bağlı qətl ittihamlarından isə bəraət alıb.

İnci
 

Избранный
43
sfera.az

1Источники