RU

Ziyeşin "Qalatasaray" təəssüfü: "Okan Buruk kimi pis məqşçi görməmişəm"

Mərakeşli futbolçu Hakim Ziyeş qışda "Qalatasaray"ı tərk edəcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında komandanın baş məşqçisi Okan Buruku tənqid edib.

31 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a keçdiyinə görə təəssüfləndiyini bildirib: "Qalatasaray"la hər şey bitdi, yanvarda gedəcəyimi demişəm. Onlar məndən heç nə soruşmurlar, nə istəyirəmsə onu edirəm. Okan Buruk kimi pis məqşçi görməmişəm".

Ziyeş "Qalatasaray"ın çempion ola bilmə ehtimalı ilə bağlı suala laqeyd cavab verib: "Bu, maraqlı deyil. Təki məni sakit buraxsınlar. Mövsümün əvvəlində buraya gəldiyimə görə təəssüflənirəm. Onlar məni qışda buraxmaq istəmirdilər".

Qeyd edək ki, 2 gün əvvəl "Trabzonspor"la oyunun işturak ərizəsinə daxil edilməyən Hakim klubun düşərgəsinə gəlməkdən imtina edib.

İdman.biz

Избранный
23
idman.biz

1Источники