RU

Suriyada dərman anbarında cəsədlər tapıldı - Video

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra xeyli sayda kütləvi məzarlıqlar aşkarlanmağa davam edir.

Musavat.com xəbər verir ki, Dəməşqin Seyyide Zeynep bölgəsindəki anbarda aralarında uşaqların da olduğu 20 nəfərin cəsədi aşkarlanıb.

Mülki Müdafiə İdarə Heyətinin üzvü Ammar Selmo verdiyi açıqlamada anbarda araşdırmalara başladıqlarını deyib.

"Bura dərman anbarı sayılır, ancaq içəridə soyuducu anbar tapdıq. Anbarın çürüyən cəsədlərin və skeletlərin saxlandığı bir sahəyə çevrildiyini gördük. Əməkdaşlarımız cəsədləri sənədləşdirməyə çalışır. Çalışırıq ki, skeletləri toplayıb qurbanların sayını müəyyənləşdirək".

Daha sonra cəsədlər üzərində DNT testlərinin aparılacağını bildirən Selmonun sözlərjnə görə, rejim dağılmadan əvvəl bu bölgə İran milislərinin qərargahı olub. "Təsəvvür edin, bir milis qüvvəsi bir yer tutur və cəsədləri orada saxlayır. Onların bu cəsədlərə nə etdiklərini, necə öldürüldüklərini bilmirik".

 

Şahanə Rəhimli
Musavat.com

Избранный
23
1
musavat.com

2Источники