RU

Fransa Ukrayna üçün yeni briqada hazırlayır: Zelinski və Makron təkbətək görüşdü - VİDEO

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Fransa Prezidenti Emmanuel Makronla təkbətək görüş keçirib.

Görüşdə Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiə potensialının gücləndirilməsi əsas müzakirə mövzusu olub.

Zelenski bildirib ki, əsas diqqət hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Ukraynanın mövqelərinin daha da möhkəmləndirilməsinə yönəlib:

“Ukraynanın müdafiə imkanlarını artırmaq prioritet olaraq qalır. Fransa ilə razılığa gəldik ki, daha bir Ukrayna hərbi briqadası hazırlanacaq.”

Sülh üçün konkret addımlar

Prezident Zelenski həmçinin Makronun təşəbbüsü ilə Ukraynada sabitlik missiyasının yaradılması imkanlarının da müzakirə edildiyini vurğulayıb:

“Biz həmfikirik ki, sülh üçün etibarlı təminatlar lazımdır. Prezident Makronun təşəbbüsü əsasında Ukraynada sülhün bərpasına töhfə verəcək qüvvələrin iştirakını davamlı şəkildə müzakirə etdik.” 

Zelenski əlavə edib ki, Makron bu istiqamətdə digər beynəlxalq tərəfdaşlarla da diplomatik danışıqlar aparır və müvafiq addımların atılması üçün hazırlıqlar davam edir.

 

Musavat.com

Избранный
12
50
musavat.com

10Источники