RU

“Çalışdıq, əlimizdən gələni etdik, amma... Hər halda işləməyə davam edəcəyik”

"Rəqibin heyətinin geniş olması öz işini gördü".

Sportinfo.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqsının VII turunda "Gəncə" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

B qrupunda baş tutan "Quba" - "Gəncə" görüşündə qonaqlar 95:78 hesablı qələbəyə sevinib. Mütəxəssis heyətdə dəyişiklik etmək üçün oyunçuların olmadığını qabardıb:

"Təəssüf ki, yenə uduzduq. Yenə üç hissə mübarizə apardıq. Təbii ki, bunun səbəbi var. Rəqibin heyətinin geniş olması öz işini gördü.

Bizim oyunçularımız yoruldu. Dəyişiklik etməyə də oyunçularımız yoxdur. Bu cür güclü rəqiblərlə görüşdə heç olmasa 6 legioner olsa, yaxşıdır.

Bizdə bütün oyunçular yoruldu və ondan sonra hesabı qoruya bilmədik. "Gəncə" də yaxşı oynadı. Müdafiədə əla oynadılar.

Çalışdıq, əlimizdən gələni etdik. Amma sonda yorğunluq sözünü dedi. Hər halda işləməyə davam edəcəyik.

Mövsümün əsas hissəsi qarşıdadır. Əlimizdən gələni edəcəyik".

Избранный
22
sportinfo.az

1Источники