RU

1992-ci ildə banklara qoyulmuş milyonlarla manat əmanət nə vaxt "diriləcək"?..

Image

Azərbaycan hökuməti ən azı 2000-ci ilə qədər Əmanət Bankina qoyulan əmanətləri kompensadiya etməyə borcludur

“Bakı-Xəbər” qəzetinin redaksiyasına müraciət edən 1992-ci ildə Əmanət Bankına 200 min rubl əmanət qoymuş vətəndaş bilmək istəyir ki, onun batmış əmanətini hökumət nə zaman geri qaytaracaq.

Məsələ ilə bağlı bank mürəxəssisi Əkrəm Həsənovla əlaqə saxladıq. O bildirdi ki, hökumət Azərbaycan SSR-in varisi kimi zəmanətli əmanətləri artıq kompensasiya edib: "Müstəqillik dövründə isə banklarda batan əmanətə dövlət o zaman zəmanət verməyib. Çunki müstəqillik dönəmində banklar artıq özəlləşmişdi. Hazırda isə əmanətlərin kompensasiyası ilə "Əmanətlərin Soğurtalanması Fondu" məşğul olur. Bu fond yalnız ona üzvlük haqqı ödəyən banklardakı əmanətləri lazım gələndə (banklar bağlananda) kompensasiya edir".

Lakin apardığımız kiçik bir araşdırma nəticəsində bəlli oldu ki, hökumət ən azı 2000-ci ilə qədər (bank səhimləşdirilənə qədər) Əmanət Bankına qoyulan əmanətləri kompensasiya etməyə hüquqi baxımdan borcludur. Çünki Nazirlər Kabinetinin 27 mart 1992-ci il tarixli, 151 saylı qərarında açıq şəkildə yazılır ki, əmanətlərə dövlət təminat verir.

Hökumət 1991-ci ildən əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı öhdəlik götürmüşdü. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub.

Həmin əmanətlər 2013-14-cü illərdə kompensasiya edildi. Lakin özəl banklar formalaşana - Azərbaycan Respublikası Əmanət Bankı özəlləşdirilənə qədər banka əmanətlərin qəbulunu hökumət təşviq edib və həmin əmanətlərə təminat verib.

Belə ki, 27 mart 1992-ci ildə Nazirlər Kabineti Azərbaycan Respublikasının Əmanət Bankında əmanətlərin saxlanmasına vətəndaşların marağını artırmaq və müdafiəsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Əmanət Bankında əmanətlərin saxlanılmasına vətəndaşların marağının artırılması haqqında” 151 saylı qərar verib. Qərarda vətəndaşların əmanətlərinə dövlət tərəfindən təminat verilməsi əksini tapıb. Qərar əsasında Əmanət Bankının əmanətlərinin faiz tarifi 1 yanvar 1992-ci ildən müddətsiz əmanətlər üzrə (tələb edilənədək) 2%, müddətli əmanətlər üzrə isə 3% artırılıb. Nazirlər Kabinetinin 151 saylı qərarı ilə məhz 1992-ci ilin 1 yanvarından sonra qəbul edilən əmanətlərə dövlət təminatı verilir. Ona görə də Əmanət Bankı özəlləşənə qədər qoyulan əmanətlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 sayli qərarına əsasən zəmanət vermiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.

29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və banka "Kapital Bank" adının verilməsi qərara alındı.

Bu o deməkdir ki, Azərbaycan Respublikası ən azı 21 fevral 2000-ci il tarixə qədər Əmanət Bankına qoyulan əmanətlərə zəmabət verib və həmin əmanətləri kompensasiya etməyə borcludur.

Bu gün minlərlə vətəndaşımızın həmin dövrdə qoyulan milyonlarla vəsaiti hələ də kompensasiya edilməyib. Həmin vətəndaşlar Nazirlar Kabinetinin 27 mart 1992-ci il tarixli, 151 sayli qərarını əsas gətirərək İqtisad Məhkəməsində hökumətə qarşı batmıs əmanətlərin kompensasiyasi tələbi ilə iddia qaldira və vəsaitlərini hökumətdən geri ala bilər.

Məsələ ilə bağlı gün ərzində Mərkəzi Bankın mövqeini öyrənmək mümkün olmadı.

Akif NƏSİRLİ





Избранный
20
baki-xeber.com

1Источники