RU

AYNA Bakıda xaos yaradıb – QHT rəhbəri

Bakıda avtobus zolaqları tıxacları daha da artırıb. Tribunainfo.az-a danışan “Müstəqil Həmkarlar” İctimai Birliyinin sədri Fuad Əliyev belə deyib. O, təklif edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi başqa proqramla çıxış etsin.

F. Əliyev hazırkı konsepsiyanın vəziyyətdən çıxış olmadığını düşünür. QHT rəhbəri AYNA-nın şəhərdə xaos yaratdığı qənaətindədir: “Bakıda son aylar tıxaclar daha da dözülməz olub. Ümumiyyətlə, bir yerdən başqa ünvana getmək az qala hansısa rayona getməyə bərabər olub. Hər gün tıxaclar var, insanların əsəbləri dözmür, artıq yaranacaq sərf olunur, avtobus yoluna da girəndə 100 manat cərimə gəlir. Belə nəqliyyat idarəetməsi olmur. Hətta elə yollar var ki, iki cərgədən biri avtobus zolağıdır. Nəticədə tıxacın uzunluğu kilometrlərlə olur. Misal üçün Ziya Bünyadov prospektində tunelə girmədən sağla hərəkət edəndə, yolun bir tərəfi avtobus zolağıdır, ona görə maşınlar tıxacda qalırlar.

Bu ideyaları kim təklif edir? Özləri heç olmasa başa düşürlər nə etdiklərini? Məntiqsiz addımlarla vəziyyət bir az da ağırlaşıb”. F. Əliyev qeyd edir ki, Şərifzadə küçəsində yolun sağ zolağı avtobus üçün ayrılıb, amma avtomobillərin harada park etməsi, dayanma-durma, taksilərin müştərini necə götürməsi və düşürməsi nəzərə alınmayıb: “Belə çıxır ki, ikinci zolaqda maşını saxlamalısan, arxadakı maşınlar da dayanıb gözləməlidir ki, müştəri taksiyə minsin. Bundan başqa, ” Respublikanski” xəstəxananın qarşısı tamamilə avtobus zolağına çevrilib. Bəs, bura gələn xəstələri necə götürsünlər, ya da düşürsünlər? Əksinə, ikinci zolaqda maşınlar saxlanır, nəticədə sıxlıq, tıxac yaranır. Harada görünüb ki, xəstəxanaya gedən yolu belə etsinlər? AYNA mütəxəssisləri fikirləşmirlər ki, hər gün bura yüzlərlə xəstə müraciət edir, taksi gözləyəni, ailə üzvünü gətirəni var, onlar maşını harda saxlayıb xəstəni yola salmalıdırlar? Ümumiyyətlə, onlarla belə fakt göstərmək mümkündür. Sadəcə, bilmək lazımdır ki, Bakıda yollarda vəziyyət fəlakət həddinə çatıb”.

Roman

Избранный
35
tribunainfo.az

1Источники