RU

Xalis qızıldan hazırlanmış dünyanın ən bahalı Milad ağacı nümayiş olunub - FOTOLAR

Almaniyada dünyanın ən bahalı yolkasının açılışı olub.

 

Sfera.az bildirir ki, üç metr hündürlükdə və 60 kiloqram ağırlığında olan ağacı Münhen şirkəti “Pro Aurum” hazırlayıb. Yolka 2024 qızıl sikkədən ibarətdir, onlardan ən böyüyü (24 karat) ənənəvi ulduz və ya mələk əvəzinə yuxarıda yerləşdirilir. Qarşıdan gələn bayramın simvolunun dəyəri isə təxminən 8,586,900 Azn qiymətləndirilir. 

 

Ağac potensial alıcıları cəlb etməkdənsə, qızılın qiymətli metal kimi əbədi dəyərini nümayiş etdirmək məqsədi daşıdığı üçün satışa çıxarılmır. “Pro Aurum” şirkətinin nümayəndəsi Benjamin Suma bu yaradılışı yüksək qiymətləndirib:

 

 “Qızıl ağac bu qiymətli metalın zamansızlığını nümayiş etdirir”.

 

Bəzi izləyicilər son illərdə artan yaşayış dəyərini nəzərə alaraq bu zinət əşyasını olduqca şübhəli adlandırırlar.

 

Qeyd edək ki, bu, bir Milad ağacının mübahisə və ya qalmaqala səbəb olduğu ilk belə hal deyil. Dünyanın müxtəlif yerlərində quraşdırılan bayram ağacları çox vaxt dəbdəbə və absurdluq astanasında olur.

 

Aysel 

Избранный
12
sfera.az

1Источники