RU

Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin həbsdə olan eks-rəisi Hafiz Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd: H.Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib. Bir müddət sonra zərərçəkmiş İ.Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı H.Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Xatırlatma: H.Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib. 

 

Kamal Məmmədov 

Tarix: 19 Dekabr 2024, 09:42   
Избранный
33
1
pravda.az

2Источники