RU

Rusiyalı səfirdən "Qazprombank"a qarşı sanksiyalara REAKSİYA

"ABŞ "Qazprombank"a qarşı sanksiyalar tətbiq etməklə, özünün müttəfiqlərini növbəti dəfə çətin vəziyyətə salır".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın İspaniyadakı səfiri Yuri Klimenko deyib.

Onun sözlərinə görə, sanksiyalar fonunda Rusiya tərəfi ixrac olunan qaza görə ödənişlər məsələsinin həlli variantlarını tapacaq. Lakin Vaşinqtonun yenidən birtərəfli hərəkətləri ilə avropalı müttəfiqlərini son dərəcə çətin vəziyyətə salır və onların enerji təhlükəsizliyinə xələl gətirir:

"İspaniya 2023-2024-cü illərdə Aİ-də Rusiya LNG-nin ən böyük idxalçılarından biri olub. Ölkəmiz ABŞ-ni geridə qoyaraq, əsas qaz tədarükçüləri arasında ikinci yerdə qərarlaşıb. Bu, ümumi həcmin 21%-dən çoxu deməkdir. Çünki Rusiya qazı İspaniya üçün çox rəqabətli və sərfəli qiymətlərlə verilir".

Gülşən Şərif

Избранный
12
bakivaxti.az

1Источники