RU

Bakının məşhur bazarı sökülür

Amerikanın texnologiya və media istehsalı şirkəti “Netflix” Niderlandda məlumatlara giriş cəzası ilə üzləşib.

"Cebheinfo.az" xəbər verir ki, Niderlandın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) “Netflix”-i müştərilərinə onların məlumatları ilə nə edəcəyini kifayət qədər məlumatlandırmadığı səbəbilə 4,75 milyon avro cərimələyib.

“Bloomberg” HT-dən Hande Berktanın xəbərinə görə, DPA belə nəticəyə gəlib ki, “Netflix” öz müştərilərinə onların məlumatları ilə nə edəcəyini adekvat şəkildə məlumatlandıra bilməyib, bu da GDPR məlumatlarına giriş hüquqlarının pozulmasıdı. 

Aİ vətəndaşları məlumatlarının surətini və bu məlumatdan necə istifadə olunmasını tələb etmək kimi işləri görmək hüququna malikdirlər.

Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) çərçivəsində tətbiq edilən cəza 4,75 milyon avrodur. Bu arada, “Netflix” təkcə 2023-cü ildə təxminən 33,7 milyard dollar illik gəlir əldə edib. “Netflix” cəzaya etiraz edib.

“Netflix” şikayətinin arxasında qeyri-kommersiya məxfilik hüquqları təşkilatı Avropa Rəqəmsal Hüquqlar Mərkəzi (NOYB) dayanır.

NOYB eyni vaxtda bir neçə şikayət verdi və məlumatların əldə edilməsi ilə bağlı problemlərə görə “Amazon Prime”, “Apple Music” və “YouTube”-a qarşı iddia qaldırıb.

Избранный
18
cebheinfo.az

1Источники