RU

İran prezidenti son 11 ildə ilk dəfə Misirə gedib

İran prezidenti Məsud Pezeşkian “İslam Səkkizliyi”nin (D-8) sammitində iştirak etmək üçün Misirin patyaxtı Qahirədədir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian son 11 ildə Qahirəyə səfər edən ilk İran prezidentidir.

“İslam Səkkizliyi”nə İran, Banqladeş, Misir, İndoneziya, Malayziya, Pakistan, Türkiyə və Nigeriya daxildir.

Məsud Pezeşkian bu sədərlə bağlı deyib ki, “İslam ölkələri fikir ayrılıqlarını bir kənara qoyaraq əməkdaşlığı inkişaf etdirməlidirlər”.

Pezeşkianın qeyd etdiyi kimi, sammitin işi zamanı onun iştirakçıları Qəzza zolağı, Livan və Suriyadakı vəziyyətlə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.

Dekabrın 19-da başlayan D-8 sammitinin əsas mövzusu “Gənclərə investisiyalar və kiçik və orta biznesin dəstəklənməsi: sabahın iqtisadiyyatının formalaşması”dır. Bundan əvvəl Qahirədə “İslam səkkizliyi”nə daxil olan dövlətlərin xarici siyasət idarələrinin nümayəndələrinin hazırlıq iclası keçirilib.

Sammitdə Türkiyə prezidenti Tayyib Ərdoğan, Fələstin Dövlətinin prezidenti Mahmud Abbas da iştirak edir. Qahirədə Ərdoğanın Məsud Pezeçkianla görüşü gözlənilir.

Qeyd edək ki, Azərbaycanın Baş anziri Əli Əsədov da sammitdə iştiraküçün Qahirəyə gedib.

Избранный
42
modern.az

1Источники