RU

Yol polisi kobud qayda pozuntularına qarşı mübarizəni  gücləndirib

Respublikamızın  avtomobil yollarında hər gün on minlərlə nəqliyyat vasitələri hərəkət edir.  

Təbii ki, onların hərəkətini tənzimləmək yol polisinin  üzərinə düşür. Heç kimə sirr deyil ki,  bəzi sürücülər  kobud qayda pozuntularına yol verir və nəticədə ağır qəzalar qaçılmaz olur. Ona görə də respublikanın avtomobil yollarında xidmət aparan  Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının tağımları belə qayda pozuntularının qarşısınıalmaq üçün  mütəmadi tədbirlər həyata keçirirlər.  Bu mənada  Yol Patrul Xidməti Alayının 12- çi tağımının əməkdaşları tapşırılan vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Tağım Hacıqabul- Beyləqan avtomobil yolunun 0-çı kilometrindən 112 - çi kilometrə qədər xidmət aparır.

Öncə onu qeyd edək ki,  tağım əməkdaşları  qeyri - sabit hava şərəitində  yüksək peşəkarlıqla xidmət aparır, avtomobil yolunun təhlükəli yerlərində daha diqqətli olur, baş verə biləcək qəza şəraitini düzgün qiymət verir və bu barədə sürücüləri məlumatlandırır.Sərxoş , ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən , ara məsafəsi saxlamayan, mobil telefonla danışan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən, texniki cəhətdən nasaz avtomobili idarə  edən sürücülər yol polisi əməkdaşları  tərəfindən saxlanılır və inzibati məsuliyyətə cəlb edilirlər.    

Əlbəttə, bu cür addımların atılması kobud qayda pozuntularının azalmasına və  ölümlə nəticələnə biləcək  qəzaların azalmasına  səbəb olur. 12- çi tağımın komandiri Namiq Əzizov çox savadlı və peşəkar polis zabitidir. O, həmişə tağım əməkdaşlarından ədalətli olmaği və hərəkət iştirakçılarına  hörmətlə yanaşmağı tövsiyə edir. Namiq Əzizov bizimlə söhbətində dedi ki, biz həmişə çalışırıq ki, rəhbərliyimizin qarşımızda qoyduğu vəzifələri məsuliyyətlə yerinə yetirək. Eyni zamanda  hərəkətin təhlükəsizliyi üçün xidmət apardığımız avtomobil yolunda  mövcud  problemi vaxtında aradan qaldıraq. Bununla yanaşı, əməkdaşlarımiz  qeyri-sabit havalarda, yağış, qar yağanada  və yollar təhlükəli olanda stasionar postda sürücüləri saxlayır, bu barədə onlara  xəbərdarlıq edir, daha diqqətli olmaları bildirilir. Bu da öz müsbət nəticəsini göstərir. Ümumiyyətlə biz calışırıq ki, cərimə etmək yox , maarifləndirək.Çünkı onlarla yol polisi arasında qarşılıqlı hörmət olanda , bu, işimizə müsbət təsir edir.

Ona görə də biz bu cür qabaqlayıcı tədbirləri həmişə diqqət mərkəzində saxlayırıq. Qarşıdan yeni il bayramı gəlir. Bir çox insanlar bayram günlərində rayonları gedəcəklər. Ona görə də həmin insanlar hava şəraitini nəzərə almalı  və mənzil başına sağ-salamat  çatmaq üçün yol hərəkəti qaydalarına əməl etsələr daha yaxşı olar.

Emil Faiqoğlu

Избранный
8
adalet.az

1Источники