RU

“Hamı məşhur olmaq istəyir, amma sənətdən xəbərləri yoxdur” – ƏMƏKDAR ARTİSTDƏN İRAD + FOTO

“Opera və Balet Teatrı ilə paralel olaraq, Milli Konservatoriyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Sənət aləmində məni narahat edən ən önəmli məsələlərdən biri də bəzi insanların gərəksiz söz-söhbətlərlə səhnədə yer tutmalarıdır. Təəssüf ki, bu gün efirlərdə onlar yer alırlar. Onların sənətdən xəbərləri yoxdur. O qədər mənasız mahnıları gündəmə gətirirlər, gündəmdə saxlayırlar ki.. Tanınmış ifaçılarımızın o qədər gözəl işləri, sənət əsərləri var ki, onlar belə bayağı, mənasız mahnıların kölgəsində qalıb”.

Bunu Medianews.az-a açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva deyib.

“Hamı məşhur olmaq istəyir, amma sənətdən xəbərləri yoxdur” - <span style=color:red>ƏMƏKDAR ARTİSTDƏN İRAD + FOTO

O, peşman olduğu məqamlardan da danışıb: “Peşmanlıq hissi duymayan insan bu həyatda yoxdur. Əslində peşmanlıq bir təcrübədir. Peşmanlıq hissini yaşayan gələcəkdə bu səhvləri buraxmamaq üçün çalışır. Əlbəttə ki, mənim həyatımda da kifayət qədər peşman olduğum anlar, hadisələr var. Kaşkilər həmişə var. Hər zaman öz-özümə deyirəm ki, kaş bu olmayaydı, kaş bu insanlarla mən yola çıxmayaydım, kaş mən olduğum kimi qəbul ediləydim, kaş ətrafımdakılar mənə layiqli dəyəri verəydi və sair. Bu kaşkilər bizim üçün bir təcrübədir”.

“Hamı məşhur olmaq istəyir, amma sənətdən xəbərləri yoxdur” - <span style=color:red>ƏMƏKDAR ARTİSTDƏN İRAD + FOTO

“Zamandan kifayət qədər xeyrinizə istifadə edə bilmisinizmi?” sualına Gülüstan xanım belə cavab verib: “Zaman mənim üçün həmişə önəmli, dəyərli olub. Öz-özümə hər zaman sual vermişəm ki, bu günüm də keçdi, görəsən bu gün mən nə etdim?! Nə yaşadım? Nə qaldı? 24 saatın içində mən bəlkə də iki günün işini görmüşəm. Uğurlu insanlar düşünürəm ki, belədir və belə də olmalıdır. Daha çoxunu etməlidirlər. Bu olmasa əlbəttə ki, hansısa sənətin uğurlu siması olmaq mümkün deyil”.

“Hamı məşhur olmaq istəyir, amma sənətdən xəbərləri yoxdur” - <span style=color:red>ƏMƏKDAR ARTİSTDƏN İRAD + FOTO

Sənətkar bildirir ki, indiki dövrdə hamı məşhur olmaq istəyir: “Əslində bu, insanın xislətindədir. Hər bir insan öz həyatında aktyordur. Hər bir insan öz səhnəsinin aktyorudur. Hamı məşhur olub, gündəmdə qalmaq istəyir. Xüsusilə də informasiya axınının çoxaldığı bir vaxtda heç bir istedadı, bacarığı, qabiliyyəti olmayan insanlar belə, məşhur olmaq istəyirlər. Sanki bununla həyatlarında nə isə əldə edəcəklər”.

Əli ƏSGƏR

Избранный
31
medianews.az

1Источники