RU

Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”

“Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq. Bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu prosesi keçiblər. Təəssüf ki, bizdə bəzi obyektiv və subyektiv səbəblərdən proses bir qədər yubanıb.”

Bu sözləri Yenicag.az-a açıqlamasında QHT sədri, 7news.az saytının baş redaktoru Səbuhi Abbasov deyib.

O, media savadlılığının təmin edilməsi üçün çıxış yollarını göstərib:

“Son 5 ildə ölkəmizdə media sahəsində ciddi islahatlar başlayıb. Son 3 ildə isə bu islahatlar innovativ mərhələyə qədəm qoyub. İKT-nin inkişafı, sosial platformalar, süni intellektin tətbiqi bu inkişafın rəqəmsal atmosferdə aparılmasını vacib edir. Bu gün dünyanın ən çox əziyyət çəkdiyi problem kibertəhlükələrlə bağlıdır. “Fake” məlumatlar, aktiv bootlar, filterlərin düzgün tətbiq olunmaması, informasiya dolaşıqlığı problemin mobil qurğulara qədər gedib çatmasına səbəb olub. Problemin həlli isə tək qanunla yox, həm də maariflənmə yolu ilə aparılmalıdır. Dəqiq sərhədlər müəyyən edilməli və azad mətbuat prinsiplərini zədələmədən layihələr reallaşmalıdır”.

Cəvahir

Избранный
15
1
yenicag.az

2Источники