RU

“Birbank”la 4.5 milyon bilet yaradılıb

“Birbank”la nəqliyyatdan istifadə edənlər 550 minə çatıb.

Bunu keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.

O bildirib ki, bu ilin may ayında BakıKart ödənişləri Birbanka inteqrasiya edilib. “Həmin dövrdən etibarən 550 minə yaxın müştərimiz tərəfindən 4.5 milyon bilet yaradılıb. Rəqəmlər göstərir ki, müştərilərimiz bizdən məhz bu cür həllər gözləyir və yenilikləri də qısa zamanda mənimsəyirlər” - Fərid Hüseynov əlavə edib.


Избранный
21
12
news24.az

10Источники