RU

Sinqo Donnarummadan üzr istədi

Liqa 1-in 16-ci turunda PSJ-yə qarşı keçirdikləri matçın 20-ci dəqiqəsində qonaqların qolkiperi Canluici Donnarummanın ciddi xəsarətlər almasına və əvəzlənməsinə səbəb olan Uilfred Sinqo italiyalı qolkiperdən üzr istəyib.

Fanat.Az xəbər verir ki, "Monako"nun futbolçusunun sözlərini "RMC Sport" belə çatdırıb:

"Canluici Donnarummadan üzr istəyirəm. Qəsdən etmədim, amma onun üzünün nə vəziyyətə qaldığını gördüm. Tez sağal, Canluici".

Xatırladaq ki, görüş PSJ-nin 462 hesablı qələbəsi ilə yekunlaşıb.

Nihat

Избранный
37
1
fanat.az

2Источники