![Image](https://baki-xeber.com/uploads/posts/2024-12/208899_rtgn762h83.webp)
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti klubun tarixinə düşüb. Bu, Madrid təmsilçisinin Qitələrarası kuboku qazanmasından sonra baş verib. Ançelotti "Real"da ən çox titul qazanan məşqçi olub. İtaliyalı mütəxəssis "Real"da 15-ci mükafata sahib çıxıb. Ançelotti bu göstəricidə hesabında 14 titul olan Migel Munyosu arxada qoyub.
Qeyd edək ki, "Real' final matçında "Paçuka"ya 3:0 hesabı ilə qalib gəliblər.
Mətləb