RU

“Kapital Bank” işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan kreditlərin həcmini açıqlayıb

Bakı. Trend:

“Kapital Bank” bu günədək işğaldan azad edilmiş ərazilərinbərpası üçün 200 milyon manat məbləğində kredit ayırıb.

Trend xəbər verir ki, bubarədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktorFərid Hüseynov bankın cari ilin yekunlarına və növbəti ilinplanlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Dövlət və sosial layihələrdə iştirak “Kapital Bank” üçün böyükəhəmiyyət daşıyır. Bu kontekstdə, ilk növbədə, Böyük Qayıdışlayihəsini qeyd etmək lazımdır. Biz işğaldan azad edilmişərazilərin bərpasının maliyyələşdirilməsinə dəstək verməyə davamedirik.

Layihə çərçivəsində bir sıra kəndlərin bərpası, yaşayış vəqeyri-yaşayış binalarının tikintisi, həmçinin Şuşa, Xocalı,Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam və Qubadlı kimi şəhərlərdəinfrastrukturun inkişafı işləri aparılır. Bu işlər üçün ümumilikdə200 milyon manat vəsait ayrılıb", – deyə Fərid Hüseynovvurğulayıb.

Məqalədə:
Избранный
41
2
az.trend.az

3Источники