RU

Texnika çatmır, Moskva sovet tanklarını anbardan çıxarır

Cəbhədə zirehli texnikanın böyük itkiləri Moskvanı köhnə sovet tanklarını anbardan çıxarmağa məcbur edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Rusiya hərbi texnikasının Ukraynadakı itkiləri artmaqda davam edir. 2022-ci ilin fevralından bəri Rusiya 3600-dən çox əsas döyüş tankını və 8000-ə yaxın zirehli texnikasını itirib:

“Bu, köhnəlmiş və zəif baxılan sovet avadanlıqlarından asılılığa gətirib çıxarıb. Zirehli texnika anbardan çıxarılır, imkan daxilində modernləşdirilərək cəbhə xəttinə göndərilir. 2022-ci ildən etibarən Arsenyev, Buye və Ulan-Udedəki tank anbarlarında saxlanılan zirehli texnika əhəmiyyətli dərəcədə azalıb”.

Избранный
22
2
axar.az

3Источники