RU

“Media savadlılığı həftəsinin əhəmiyyəti çox vacib və önəmlidir” – Qulu Məhərrəmli

“Media savadlılığı həftəsinin keçirilməsi çox müsbət bir hadisədir. Bunun dalğası nə qədər geniş və çoxtəkanlı olarsa, bir o qədər yaxşıdır”.

Bunu “AzPolitika”-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, araşdırmaçı jurnalist Qulu Məhərrəmli Medianın İnkişafı Agentliyi tərəfindən 16-22 dekabr tarixlərində keçirilən “Media Savadlılığı” Həftəsindən danışarkən deyib.

Q. Məhərrəmli qeyd edib ki, cəmiyyətdə media savadlılığının artırılması hazırda qarşıda duran mühüm məsələlərdən biridir:“Biz bu gün böyük informasiya axını içərisindəyik. Fərqli məkanlardan və mənbələrdən oxucunun, dinləyicinin üzərinə çoxlu informasiya seli axır. Biz necə müəyyən edək ki, bu informasiyaların xarakteri necədir? Hansı doğru, hansı yalnışdır? Hansı faydalı, hansı gərəksizdir? İnformasiyann xarakterini bilmək, verilən məlumatı təhlil etmək üçün media savadlılığı çox vacib bir nüansdır”.

“Təbii ki, bunun üçün praktik biliklər, tətbiqi addımlar atılmalıdır ki, cəmiyyətə bir faydası dəysin. Yəni, bu birinci növbədə cəmiyyət, geniş auditoriya üçündür. İnsanlar informasiyanı dəyərləndirmək bacarığna yiyələnməlidirlər. Çünki bu gün orta məktəb şagiridlərinin də sosial şəbəkələrdə hesabları var. Onlar burada yazırlar, məlumatlar bölüşürlər və bir növ informasiya mənbəyinə çevrlirlər. Amma necə yazmaq, informasiyanı necə seçmək və dəyərləndirməliyik? Bax, bu, ciddi məsələdir. Ona görə də bu sahədə müəyyən təcrübə əldə etmək üçün təşkil olunan media savadlılığı həftəsinin əhəmiyyəti çox vacib və önəmlidir. Biz bu vərdişləri cəmiyyət üzvlərinə aşılamalıyıq. Ona görə ki, insanlar, xüsusən də gənclər informasiyanın mahiyyətini bilsin, ağı-qaradan ayırd etməyi bacarsınlar”, -deyə professor qeyd edib.

“AzPolitika.info”

Избранный
15
azpolitika.info

1Источники