Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Qərbi Kiyevi sülh danışıqlarına sövq etməyi dayandırmağa çağırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Financial Times"a müsahibəsində bildirib.
Kallas hesab edir ki, Qərb ölkələri bunun əvəzində təhlükəsizlik zəmanəti ilə bağlı Kiyevə verdiyi vədlərin “boş” qalmamasını təmin etməlidir.
Avropa diplomatiyasının rəhbəri bildirib ki, Putin danışmaq istəmədiyi halda Zelenskini danışmağa məcbur etməyin mənası yoxdur.