RU

Dünyanın ən uzunömürlü insanları burada yaşayır

Bir çox faktorlar, xüsusilə stress, sıx iş saatları, pis qidalanma və genetika ömür müddətini qısalda bilər. Ancaq yüksək gəlir səviyyəsi və yüksək stress idarəçiliyi olan ölkələrdə bu vəziyyət əksinə olur. Aralıq dənizi tərzi qidalanma və müntəzəm məşq vərdişlərinin də ömür uzunluğuna müsbət təsirləri məlumdur. 

News24.az ən uzun ömür uzunluğuna malik 5 ölkəni təqdim edir:

1. Monako

Monako ən yüksək ömür uzunluğuna malik region kimi seçilir. Orta ömür uzunluğu təxminən 89 ildir. Monako yüksək gəlir səviyyəsi və dünyaca məşhur səhiyyə xidmətləri ilə məşhur olan bir knyazlıqdır. Müasir xəstəxanalar və yaxşı təchiz olunmuş səhiyyə infrastrukturu yaşlı insanların daha uzun yaşamasına imkan verir. Ümumiyyətlə, Monakoda yüksək maliyyə gəliri olan şəxslər yaşayır. Buna görə də Monako əhalisi üçün sağlam qidalanma və stressin idarə edilməsi çox vacibdir.

2. Yaponiya

Yaponiya dünyanın ən uzun ömürlü ölkələrindən biridir. Orta ömür uzunluğu 84 ildir. Yaponlar əsasən tərəvəz, balıq, dəniz məhsulları və düyü kimi sağlam qidalar yeyirlər. Xüsusilə balıq istehlakı ürək xəstəlikləri və bəzi xərçəng növləri riskini azaldır. Yaponlar gündəlik həyatlarında hərəkət etməyə diqqət yetirirlər. Uzun gəzintilər və velosiped sürmək kimi vərdişlər sağlam həyatın bir hissəsidir.

3. İsveçrə

İsveçrədə orta ömür uzunluğu təxminən 83 ildir. İsveçrə yüksək gəlir səviyyəsi və mütəşəkkil səhiyyə sistemi ilə seçilir. İsveçrəlilər mütəmadi olaraq idman edir və fast fooddan uzaq dururlar. İsveçrənin təmiz havası və təbii gözəlliyi də uzunömürlülüyü təmin edir.

4. Sinqapur 

Sinqapur Asiyada ən yüksək ömür uzunluğuna malikdir. Orta ömür uzunluğu təxminən 83 ildir. Sinqapurlular təzə tərəvəzlər, dəniz məhsulları və az yağlı zülallardan ibarət sağlam pəhrizə riayət edirlər. Asiya mətbəxində geniş yayılmış bu pəhriz ürək xəstəlikləri riskini azaldır.

5. İspaniya

İspaniyada orta ömür uzunluğu 83 ildir. Ölkədə geniş yayılmış Aralıq dənizi pəhrizində; Zeytun yağı, balıq, tərəvəz və meyvələrlə zənginləşdirilmiş qidalanma rejimi izlənilir. Bu pəhriz ürək xəstəlikləri və diabet kimi xroniki xəstəliklərin qarşısını alır.

Günel Məlikzadə

Избранный
7
news24.az

1Источники