RU

"Ermənistanın konstitusiyasında hələ də Azərbaycana qarşı..." - ŞƏRH EDİLDİ

"2025-ci ildən, təbii ki, hər kəsin gözləntisi var, amma bu gözləntilərin nə qədər reallığa çevrilib, yaxud çevrilməyəcəyi başqa mövzudur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar 2024-cü ildə də müəyyən intensivliklə davam etdi: "Artıq hər iki tərəfin təsdiq etdiyi kimi danışıqlar masasında sülh müqaviləsinin 17 bəndindən 15-i razılaşdırılıb. Lakin qalan iki məsələ üzərində hələ də anlaşmalar yoxdur və təbii ki, bu Ermənistan tərəfindən ləngidilir. Xüsusən də, Azərbaycanın tələblərindən biri ondan ibarətdir ki, konstitusiyada dəyişikliklər həyata keçirilsin, çünki Ermənistanın konstitusiya və qanunverici aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır. Ermənistan isə referendumun yalnız 2027 - ci ildə keçiriləcəyi ilə bağlı açıqlamalar verir ki, bu da tam və hərtərəfli sülh müqaviləsinin 2027-ci ildə imzalana biləcəyinə işarət edir. O dövrə qədər digər məsələlər hansı ki Azərbaycan tərəfindən irəli sürülür, bunlar ATƏT-in MİNSK qrupunun buraxılması ilə bağlı birgə müraciət edilməsi, Azərbaycan və Ermənistanın şərti sərhədində dayanan Avropa İttifaqının mülkü adlandırılan casus şəbəkəsinin çıxarılmasıdır ki, bu missiya faktiki olaraq Avropa İttifaqı missiyasından çıxarılaraq Atom missiyasına dönüşməkdədir. Nəzərə alsaq ki, sərhəddə fransız mütəxəssislərinin iştirakı ilə hərbi məntəqələr, tunellər tikilir. Bu onu göstərir ki, Ermənistan sülhdən daha çox savaşa hazırlanır. Təbii ki, bu, Ermənistanın daxili iradəsində olan məsələ deyil, onu təşviq edən qüvvələr var. Bu kollektivlər 5 aprel şərəfli görüşdən sonra Ermənistana hərbi dəstəyini intensiv şəkildə artırıblar. Artıq Amerika, Hindistan, Fransadan hücüm silahları verilir ki, bunlar bölgədə gərginliyi artıran ciddi amillərdir".

Onun sözlərinə görə, digər məsələ Ermənistanın beynəlxalq səviyyədə iddialar qaldırmasıdır: "Ermənistan 30 illik işğaldan dərs çıxarmayaraq bizə qarşı həyasızcasına müxtəlif iddialar qaldırmağa çalışır ki, Azərbaycan bunu da qəbul edilməz hesab edir. O baxımdan 2025-ci ildə tərəflər arasında sülh müqaviləsinin imzalanması ilə bağlı hazırki durum haqqında çox da optimist fikirlər söyləmək mümkün deyil. Təbii ki, Güney Qafqazda, dünyada baş verən proseslərin tərkib hissəsidir və nəzərə alsaq ki, Qərblə Rusiya arasında geopolitik bir savaş getməkdədir. Tramp andiçmə mərasimindən sonra hakimiyyətdə olduğu dövrdə onun izləyəcəyi siyasətdən çox şey asılı olacaq. Yəni Ukrayna və Rusiya savaşı dayanacaqsa, həmçinin yaxın şərqdə də proseslər durulmağa gedəcəksə, təbii ki, Güney Qafqazda da sülh istiqamətində addımlar atıla bilər, lakin proseslər əksinə də ola bilər. Bir daha qeyd etmək istərdim ki, Ermənistan müstəqil dövlət, müstəqil siyasət nümayiş etdirə və müstəqil qərarlar verə bilmədiyindən o, Paris, Brüssel və Vaşinqtonun mövqeyindən asılı olacaq".

Müəllif: Söylü Ağazadə
Избранный
20
sia.az

1Источники