RU

Rus generalı öldürən Əhməd Qurbanov hadisə yerində - VİDEO

Rusiyalı general-leytenant İqor Kirillovu və onun köməkçisini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Qurbanov partlayış baş verən yaşayış kompleksinə - hadisə yerinə gətirilib.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın "112" Telegram kanalı məlumat yayıb.

Özbəkistan vətəndaşı olan Qurbanov dünən saxlanılıb. O, rus dilini bilmədiyi üçün dindirilməsi üçün tərcüməçi tutulub. Qurbanov etirafında bildirib ki, Ukraynadan olan kuratoru generalı aradan götürməyə görə ona 100 min dollar və Avropa İttifaqında yaşayış vəd edib. Razılaşdıqdan sonra ona koordinatlar göndərilib və komponentlərdən radio ilə idarə olunan bombanın necə yığılacağı izah edilib.


Избранный
36
5
news24.az

5Источники