RU

Təbiətin ən güclü dəmir mənbələri:  orqanları gücləndirir

Təbiətin

Dəmir çatışmazlığı bədən toxumalarına oksigen daşıyan qırmızı qan hüceyrələrinin azalması ilə izah olunur və yorğunluq, baş ağrısı, başgicəllənmə, nəfəs darlığı, dəri solğunluğu kimi simptomlarla müşahidə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bədən dəmir minerallarını özü istehsal etmir, buna görə də dəmir ehtiyacını qidalar vasitəsilə təmin etmək vacibdir.

Dəmir çatışmazlığının səbəbləri

- Qeyri-kafi qidalanma

- Çoxlu çay və qəhvə istehlakı

- Menstruasiya, hamiləlik, daxili qanaxma

- Malabsorbsiya pozğunluqları və bəzi infeksiyalar

Dəmirə zəngin qidalar

İçalat: Qaraciyər, beyin və böyrək kimi içalatar yüksək dəmir mənbəyidir. 100 qram içalatda orta hesabla 6,5 mq dəmir var.

Dəniz məhsulları: İstiridyə, midye və karides kimi dəniz məhsulları dəmirlə zəngindir. 100 qramında 3 mq heme dəmir var, bu da orqanizm tərəfindən asanlıqla sorulur.

Balıq: Ton balığı, sardina və skumbriya dəmirlə zəngin balıqlardandır. 85 qram ton balığı təxminən 1,4 mq dəmir ehtiva edir.

İspanaq: 100 qram xam ispanaqda 2,7 mq dəmir var. C vitamini ilə də zəngin olan ispanaq immuniteti gücləndirir.

Gündəlik dəmir ehtiyacı

Gündəlik dəmir ehtiyacı yaşa, cinsə, sağlamlıq vəziyyətinə və dəmir çatışmazlığı problemi olub-olmamasına görə insandan insana dəyişir. Ancaq yaşa və cinsə görə sağlam bir insanın gündəlik dəmir istehlakı aşağıdakı kimi olmalıdır.

0-6 aylıq körpələr üçün gündə 0,2 mq

7-12 aylıq körpələr üçün gündə 11 mq

1 yaşdan 3 yaşa qədər uşaqlar üçün gündə 9 mq

9-13 yaş arası uşaqlar üçün gündə 8 mq

14-18 yaş arası kişilər üçün gündə 11 mq

14-18 yaş arası qadınlar üçün gündə 15 mq

19-50 yaş arası qadınlar üçün gündə 8 mq

51 yaşdan yuxarı qadınlar üçün gündə 8 mq

19 yaşdan yuxarı kişilər üçün gündə 8 mq

Hamilə qadınlar üçün gündə 27 mq

Süd verən qadınlarda gündə 9 mq.

Dəmir çatışmazlığının qarşısını almaq üçün pəhrizinizə dəmirlə zəngin qidalar əlavə edin. Lakin əlavələri həkim nəzarəti olmadan istifadə etməyin.

Könül Oruc

E-saglam.az

Избранный
18
9
e-saglam.az

10Источники