RU

Azərbaycanlı atlet Türkiyə millisinin baş məşqçisi təyin olundu

Azərbaycan əsilli idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə AZƏRTAC-a 34 yaşlı keçmiş atletin özü bildirib. R.Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini deyib. Lakin müqavilənin detalları hələlik bəlli deyil.

Ramil Eldar oğlu Quliyev 29 may 1990-cı ildə Bakıda anadan olub. 2009-cu ildə yeniyetmələr arasında atletika üzrə Avropa çempionatında Azərbaycan komandasının heyətində mübarizə aparıb, 100 metr məsafəyə qaçışda gümüş, 200 metrdə isə qızıl medal qazanıb.

R.Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.

Ramil Quliyev Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olub.

Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub. Ramil Quliyev 2019-cu ildə Rusiya atleti Yekaterina Zavyalova ilə evlənib. Cütlüyün bir qızı var.

"Cebheinfo.az"

Избранный
241
28
cebheinfo.az

10Источники