RU

Nazirliyin nümayəndə heyəti “Vietnam Defence Expo 2024” sərgisində iştirak edir

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 19-da Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində “Vietnam Defence Expo 2024” II Beynəlxalq Müdafiə Sərgisi işə başlayıb. Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti iştirak edib.

MSN-dən hafta.az-a verilən məlumata görə, Vyetnamın Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən sərgidə silah, döyüş sursatları, hərbi hava və hava hücumundan müdafiə vasitələri, hərbi gəmilərin sistem və avadanlıqları, pilotsuz uçuş aparatları, helikopterlər, rabitə, naviqasiya sistemləri, zirehli nəqliyyat, kəşfiyyat və radioelektron mübarizə vasitələri və s. nümayiş etdirilir.

Tədbir dekabrın 22-də başa çatacaq.

Избранный
18
10
hafta.az

10Источники