RU

"2024-cü ilin yekununda Bankımızın xalis mənfəətinin 180-190 milyon manat civarında olacağını gözləyirik"

"2024-cü ilin sonunda "Kapital Bank"ın xalis mənfətinin 180-190 milyon manat (BHMS üzrə isə 240 – 250 milyon manat) civarında olacağını gözləyirik".

Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, “2024-cü ilin 10 ayı ərzində 169 milyon 606 min manat (BHMS üzrə isə 206 milyon 729 min manat) xalis mənfəət əldə etmişik".

Избранный
12
2
marja.az

3Источники