RU

Bakıda gənc qızın qarnından 5 kiloluq şiş çıxdı - FOTO

Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib.

Milli.Az bildirir ki, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş - sistadenoma çıxarılıb.

Əməliyyat barədə məlumat verən cərrah Mehriban Hacızadəbildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub.

"Adətən, uşaqlıq borusunda əmələ gələn şişlər böyüdükcə borunun bütövlüyünü pozur. Bu, əksər hallarda uşaqlıq borusunun partlamasına səbəb olur və xüsusilə hamiləliyin üçüncü-dördüncü həftələrində bu təhlükə daha yüksəkdir. Lakin bu xəstədə belə bir hal baş verməyib. İlk müayinələr zamanı şişin yumurtalıqlarda olduğunu düşünürdük. Əməliyyat zamanı məlum oldu ki, şiş sağ uşaqlıq borusunda yerləşir.

Xoşxassəli olan bu şiş maye tərkibli idi. Onun bütövlüyünü pozmadan xəstənin bədənindən çıxarmağa nail olduq. Hər iki yumurtalığı və uşaqlığı sağlam saxladıq, lakin sağ uşaqlıq borusunu kəsib götürmək məcburiyyətində qaldıq. Xəstə hazırda evə buraxılıb, səhhətində heç bir problem yoxdur. O, gələcəkdə ana olmaq şansını itirməyib," - deyə cərrah qeyd edib. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
20
15
milli.az

10Источники