RU

XİN rəsmisi ABŞ və Fransaya cavab verdi - "Əsassız iddialar ikili standartların bariz nümunəsidir"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-nin Azərbaycandakı səfirliyinə və Fransanın ölkəmizdəki səfiri Ann Buayona cavab verib.
 
Moderator.az xəbər verir ki, mətbuat katibi hər iki məsələ ilə bağlı "X" sosial hesabında paylaşım edib.
 
Ayxan Hacızadə Ann Buayona cavabında bildirib ki, hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir.
 
"Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür ki, yeni üsuldur.Amma, bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir", - deyə paylaşımda qeyd olunub.
 
XİN sözçüsü ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabındakı qərəzli paylaşımına isə cavabında bildirib ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır.
 
"Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir. Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun.Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir", - deyə Ayxan Hacızadə qeyd edib.
 
Избранный
5
8
moderator.az

10Источники