RU

Şəbnəm ailə üzvlərindən danışıb efirdə ağladı

Bu gün müğənni Şəbnəm Tovuzlunun ad günüdür.

OLAY yazır ki, 43 yaşını sənətçi “Qonaqcanlı” verilişində qeyd edib.

Ailə üzvlərinin təbrikini alan Şəbnəm efirdə kövrəlib.

Doğma atasından və bacı qardaşından söz açan Tovuzlu göz yaşlarına qərq olub:

“Atamın sərt və sevmədiyim xasiyyəti var. Ona da təşəkkümü bildirirəm. Bunu tək mən yox bütün nəsil bilir ki, doğma atamın çox sərt xasiyyətli insandır. Amma nə yalan deyim onunla tez-tez danışmıram. Onu buna rəğmən çox sevirəm. Mənim Ruslan və Orxan adında iki qardaşım və Aytac adında bir bacım var (ağlayır). Mən sizdən ayrı yaşasamda... Bilmirəm, həyatdır nə olub, anam faciəvi şəkildə dünyasını dəyişsə də amma bir körpə hər zaman doğmalarını istəyir. Yaxşı ki, gec də olsa siz yanımda varsınız. Bu gün həm sevinmişəm həm də kədərlənmişəm. Bu həuatda ananın yerini heç nə vermir. Kaş ki belə olmazdı. Anamı hər zaman arzulayıram. Onun ruhu şad olsun. Anamı bir yaş yarımda itirmişəm. Onu xatırlamıram. Hər zaman bir arzum olub ki, anamı yuxumda görüm. O da illərdir ki, olmur. Çox istəyirəm onu görüm. Amma Allah bunu mənə qismət etmir. Yəgin ki, o dünyada Allah bizi qarşılaşdıracaq. Onu görmək istəyirəm. O çox gözəl xanım olub. Şəkillərdə görmüşəm. Gözəl xanımların isə hər zaman qəlbi qırılmış olur”.

Избранный
33
8
olay.az

9Источники