RU

Əsədin devrilməsindən sonra evə dönən suriyalıların sayı açıqlandı

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra keçən həftə 250 min insanın evlərinə qayıtdığını və onlardan 100 mininin ölkə xaricində yaşayan suriyalı olduğunu açıqlayıb.

HİT.az xəbər verir ki, açıqlamada Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri 6 milyondan çox suriyalının ölkəni tərk etdiyi və 5,5 milyon insanın ölkə daxilində didərgin düşdüyü xatırladılıb.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, Suriya əhalisinin 90 faizi yoxsulluq həddinin altında yaşayır:

"Suriyada 17 milyon insanın hələ də yardıma ehtiyacı var və bütün əhalinin 90 faizi yoxsulluq həddinin altında yaşayır. Müharibədən qaçan minlərlə suriyalı qaçqın indi evlərinə qayıdır, digərləri isə yerli şəraitin təhlükəsiz qayıtmağa imkan verib-verməyəcəyini qiymətləndirir. Keçən həftə təxminən 250 min insan evlərinə qayıtdı, onlardan 100 mini ölkə xaricində yaşayan suriyalılar".

Samir

Избранный
5
1
hit.az

2Источники