RU

60.000 dollarlıq dələduzluq

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Избранный
22
22
xalqqazeti.az

10Источники