RU

Helsinki hava limanında “Beechcraft B55” təyyarəsi saxlanılıb

Finlandiyanın Helsinki hava limanında özəl yüngül ikimotorlu “Beechcraft B55” təyyarəsi saxlanılıb.

O, Litvadan Pskova gedirmiş və yanacaq doldurmaq üçün Finlandiyaya enib. Finlandiya hakimiyyəti pilotu uçuş marşrutu ilə əlaqədar sanksiyalardan yayınmaqda şübhəli bilir.

Editor.az xəbər verir ki, bu barədə Litvanın LRT televiziya və radio şirkəti xəbər verir. Pilot əvvəllər sanksiyalardan yayınmaqda şübhəli bilinən Litva vətəndaşı Robertas Petkus olub. LRT-nin məlumatına görə, o, keçən il “Beechcraft B24R Sierra” ilə Rusiyanın Pskov şəhərinə uçub və sonra bu təyyarə Moskvada 138 min avroya satılıb. “Beechcraft B55” təyyarəsində Latviya vətəndaşı Roberts Klimoviç də olub. O bildirib ki, tranzitlə Qazaxıstana Rusiyadan keçib. Klimoviç özünü “aviasiya həvəskarı, Riqada uçuş məktəbinin banisi” kimi təsvir edib. O, Qazaxıstanda baza yaratmaq istədiyini və uçuşun bu planlarla bağlı olduğunu bildirib. Klimoviç Finlandiya prokurorluğuna şikayət edib.

//Samir Qurbanov, Editor.az

Избранный
31
editor.az

1Источники