RU

23 yaşlı Nərminin faciəsinin qaranlıq tərəfləri: Baş həkim və xəstəxana bir-birini təkzib etdi 

Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı Nərmin İsgəndərova "Mərcan Medicare" klinikasında doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib və əməliyyatdan bir neçə gün sonra ölüb.


Məsələ ilə bağlı sözügedən həkim Milli.Az-a açıqlama verərək bildirib ki, hər şey ekspertiza rəyindən sonra məlum olacaq. "Ölənin arxasıyca danışmazlar amma mən sübütları göstərə bilərəm". Həkimə ünvanlanan digər suallara isə hazırda cavab vermək istəmədiyini bildirib. O pasienti dəfələrlə klinikaya dəvət eləsə də, xanımın gəlmədiyini deyib.

Qeyd edək ki, yayılan iddialara görə, N.Həsənovun həkim fəaliyyəti ilə hələki məşğul olmasına icazə verilməsə də Nurlan Həsənli "İnstagram" səhifəsində özünü estetik və plastik cərrah kimi təqdim edərək əməliyyatlar həyata keçirir.


Bu məsələdən sonra isə klinikanın baş həkimi Araz Ağayev mediaya açıqlama verərək bildirib ki, yerli mediada yayılan xəbərlərdə xəstənin Nurlan Həsənli tərəfindən əməliyyat olunması yazılasa da, bu doğru informasiya deyil.


"Xəstəni plastik cərrah Oruc Məmmədov əməliyyat edib.Onun bu sahədə təhsili var.Nurlan Həsənli Rusiyada təhsil alıb.Azərbaycanda sənədləri təsdiq olunmadığından klinikamızda həkim assisenti kimi fəaliyyət göstərir.Onun bu işdə rolu xəstə cəlb edib,xəstənin müayinələrini etmək və əməliyyatdan sonrakı halı ilə maraqlanıb əməliyyat edən həkimə məlumat verməkdən ibarətdir",-deyə baş həkim bildirib.


Məsələnin maraqlı tərəfi budur ki, xəstəxana, həkim və baş həkimin sözləri üst-üstə düşmür. Belə ki, xəstəxana ilə əlaqə saxlayıb Nurlan doktorun iş saatı, qəbul günləri ilə bağlı məlumat aldıq. Hətta xəstəxanada bir neçə eyni adlı doktor olduğundan xəstəxana işçiləri təsdiq edərək bədənşəkiləndirmə edən estetik Nurlan həkim deyə özləri vurğuladılar. Nurlan doktorla əlaqə saxlamaq üçün ilk köməkçisi, daha sonra özü ilə danışa bildik.


Xəstəxanaya klinikanın sosial şəbəkədə həkimlər şöbəsində doktorun adının olmaması bağlı ilə soruşduqda isə məlumatsız olduqlarını bildiriblər. 


Qeyd edək ki, hər iki həkim Xətai Rayon Prokurorluğuna dəvət olunub və ilkin izahatları alınıb.


Избранный
27
4
referans.az

5Источники