Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Vaşinqtonun ümumiyyətlə Azərbaycanla bu ritorikada danışmağı artıq bir növ adət eləmiş kimi görünür. Amma fərq ondan ibarətdir ki, Azərbaycanla bu tonda danışmaq heç kəs üçün müsbət bir şey vəd etmir. Təbii olaraq, biz Amerikaya nəsə etməyəcəyik. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanla Amerikanın bir çox siyasi maraqları üst-üstə düşür və bunlardan Amerikanın Cənubi Qafqaz siyasətində də Azərbaycan Vaşinqtona zidd heç nə etmirdi. Amma ABŞ təəssüf ki, bu məsələrə baxmayaraq ikili standartlara uyğun hərəkət edir, Azərbaycanı bu məsələdə ittiham edir. Amma təəssüf ki, özünün vəziyyətindən görünür xəbəri yoxdur. Misal üçün, həbslərlə bağlı Azərbaycanı ittiham edən Amerika unudur ki, özündə belə hüquqda boşluqlar var və haqsız yerə həbs edilən şəxslər var. 50 il həbsxanada saxlanılan qaradərili insanların 50 ildən sonra günahsız olduğu üzə çıxır və buraxılır.
Bundan başqa, islamafob, irqçi yanaşmaların da Amerikada şahidi oluruq. Amerika dünyada mülki silahlanmanın ən çox olduğu ölkələrdən biridir və bunun ən böyük səbəbi də elə bu ölkədəki polis zorakılıqlardır.
Bütün bunların hamısını nəzərə alaraq deyə bilərik ki, Amerikanın özündə olan problemləri həll etmədən başqa ölkələri bu istiqamətdə tənqid etməsi sadəcə ikiüzlü siyasətdən başqa bir şey deyil".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта