RU

Əli Əsədov: "Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Əhalisi ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən D8 islam həmrəyliyində mühüm rol oynayır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada islamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatda səylərin birləşdirilməsi vacibdir.
"Azərbaycan tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayıb və islam dünyasının mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olub. Ölkəmiz multikulturalizm, tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib", - Baş nazir qeyd edib.
Ə.Əsədov Suriyada Əsəd rejiminin süqutundan sonra bu ölkədə sülhün və sabitliyin bərpa olunmasının və vətəndaş qarşıdurmasına son qoyulmasının vacib olduğunu diqqətə çatdırıb:
"Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir. Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaq.
Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək. Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk".
Избранный
23
42
oxu.az

10Источники