Kapital Bank 2025-ci ilin ilk rübündən bütün məhsul və xidmətlərini müştrilərə Birbank brendi altında təqdim edəcək. Bu barədə Kapital Bankın İdarə Heyətinin rəhbəri Fərid Hüseynov bildirib.
"Bu dəyişiklik Kapital Bank-ın tamamilə yox olması demək deyil. Kapital Bank maliyyə institutu və korporativ brend olaraq fəaliyyətini davam etdirəcək. Lakin bütün məhsul və xidmətlər müştərilərə Birbank brendi vasitəsilə təqdim ediləcək,” – Hüseynov bildirib.
Onun sözlərinə görə, transformasiya prosesi gələn ilin birinci rübündən başlayacaq və 2 il ərzində həyata keçiriləcək. Bu müddət ərzində Kapital Bank filialları Birbank filiallarına çevriləcək.
O həmçinin bildirib ki, bank filial şəbəkəsini də artırmaqda davam edəcək. 2025-ci ilin əvvəlində bankın Şuşada filialının açılması planlaşdırılıb.
Hüseynovun sözlərinə görə, Kapital Bankın siyasəti ölkənin ən aparıcı rəqəmsal bankı olmaqdır.
Hazırda Birbankın 3 milyondan çox aktiv müştərisi var.
N.Təbrizli
www.anews.az