RU

Qriqoryan rəy azdırır- sülh sazişi və kommunikasiyalar barədə İrəvan nə təklif verib?..

Image

Tural İsmayılov: “Mqer Qriqoryan Ermənistan jurnalistlərini və erməni cəmiyyətini aldadıb manipulyasiya etməklə məşğuldur”

"Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər təqdim edib, lakin rəsmi cavab alınmadan bu təkliflərin detalları haqqında danışmağı məqsədəuyğun hesab etmirəm". Bu fikri Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.

O qeyd edib ki, proses davam edir: "Bizim aramızda razılaşma var idi ki, reqlament qüvvəyə mindikdən sonra görüşüb birgə fəaliyyəti davam etdirək".

Mqer Qriqoryanın dediyindən belə aydın olur ki, sülh sazişinin layihəsi ilə bağlı və regional kommunikasiyaların açılması ilə bağlı heç bir problem yoxdur, bir tək  Azərbaycandan cavab gözləyirlər.

“Azərbaycan sülhlə bağlı öz tələbələrini səsləndirib və regionda şərtləri diqtə edib. Bununla bağlı biz Ermənistandan obyektiv cavab gözləyirik"

Siyasi şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan jurnalistlərini və erməni cəmiyyətini aldadıb manipulyasiya etməklə məşğuldur: "Çünki Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı hansısa təklif vermədən əvvəl etiraf etməlidir ki, sülhü sabotaj edən tərəf Ermənistandır. Məlumdur ki, bu gün Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazilərini öz ərazisi kimi təqdim edir".

Siyasi şərhçi onu da əlavə etdi ki, Azərbaycan bölgədə sülhü təşviq edən tərəf olub: "Onlar müxtəlif bəhanələr gətirərək sülhdən yayınıblar. Bölgədə sülhə sadiq olan və sabotaj edən qüvvələrin kim olduğu hər kəsə bəllidir. Bu baxımdan da Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın məlum açıqlaması reallığı əks etdirmir. Məlumdur ki, Azərbaycan sülhlə bağlı öz tələbələrini səsləndirib və regionda şərtləri diqtə edib. Bununla bağlı biz Ermənistandan obyektiv cavab gözləyirik".

Günel CƏLİLOVA





Избранный
19
baki-xeber.com

1Источники