RU

Britaniya Gürcüstan DİN-ə sanksiya tətbiqetdi

Böyük Britaniya sanksiya siyahısına Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurini, onun müavini Aleksandr Daraxvelidzeni və Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvilini daxil edib.

Redaktor.az xəbər verir ki, sənədin yenilənmiş variantı Britaniya hökumətinin saytında yerləşdirilib.

Qara siyahıya Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə departamentinin rəhbəri, Gürcüstan xüsusi təyinatlılarına rəhbərlik edən Zviad Xarazişvili, həmçinin onun müavini Mileri Laqazauri də daxil edilib.

Görülən tədbirlərin əsaslandırılmasında deyilir ki, Gürcüstan hüquq-mühafizə orqanlarının rəhbərliyi insan hüquqlarının pozulmasına bərabər hərəkətlərə görə məsuliyyət daşıyır. İddia olunur ki, ölkədə keçirilən etiraz aksiyaları zamanı Gürcüstan Daxili İşlər Nazirliyi “polisin nümayişçilərə qarşı qeyri-mütənasib zorakılıq tətbiqinə” icazə verib.

Türkan İSGƏNDƏRLİ

Избранный
31
1
redaktor.az

7Источники