Argentinanın “River Pleyt” klubunun prezidenti Xorxe Britonun ailəsinə məxsus təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az-ın “Record”a istinadən məlumatına görə, qəza eniş zamanı baş verib.
Nəqliyyat vasitəsi San Fernando hava limanının yanında, paytaxt Buenos-Ayresin kənarındakı evin üzərinə çırpılaraq yanıb.
Hadisə zamanı iki nəfərin öldüyü bildirilib.